Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər Bakıda VİDEO


Digərləri 12 Yan 2018 22:10:00 221 0

Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər  Bakıda  VİDEO

Bakının mərkəzində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolağı ödənişli avtomobil dayanacağına çeviriblər.

Son.az bildirir ki, ard-arda gələn sərnişin avtobusları onlar üçün ayrılan xüsusi zolaqda hərəkət edə bilmirlər.

Səbəb həmin zolaqda park edilən avtomobillərdir. Söhbət paytaxtın Füzuli küçəsindən gedir. Ötən il sözügedən küçədə ictimai nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün avtobus zolağı çəkilib. Təxminən bir neçə ay olar ki, həmin zolaqda Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları parkomat quraşdırraraq ödənişli dayanacaq yaradıblar.

Xüsusi zolaqda ''cib'' yaradılsa da ödənişli dayanacaqda duran avtomobillər avtobusların hərəkətinə mane olaraq tıxaca səbəb olurlar. Bəzi sürücülər isə avtomobili elə park ediblər ki, ümumiyyətlə avtobus zolağı tam bağlanıb. Yaranmış vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyatı idarə edən sürücülərdir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paytaxtın mərkəzində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolağın ödənişli avtomobil dayanacağına çevrilməsini Bakı şəhərində yol hərəkəti sahəsində böyük səhv olduğunu deyir. Onun sözlərinə görə, avtobus zolağına ödənişli dayanacaq nişanının qoyulması qanuna ziddir.