ABŞ-ın Panamadakı səfiri Trampa görə vəzifəsinin tərk edir


Dünya 12 Yan 2018 22:08:01 218 0

ABŞ-ın Panamadakı səfiri Trampa görə vəzifəsinin tərk edir

Səfir 9 mart tarixindən şəxsi məsələlərə görə vəzifəsini tərk etmiş olacaq.

ABŞ-ın Panamadakı səfiri Con Fili ABŞ prezidenti və onun administrasiyasına daha "sədaqətlə xidmət" etməyin mümkün olmadığı üçün vəzifəsinin tərk etmək qərarına gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, müvafiq məktubu ABŞ Dövlət Departamentinə göndərib.

"Diplomatik xidmətin kiçik əməkdaşı olanda mən prezident və onun administrasiyasına sədaqətlə xidmət edəcəyimə and içmişəm, hətta onun siyasətinin bəzi məqamları ilə razı olmasam belə. Təlimatlar mənə açıq şəkildə bildirir ki, əgər bunu edə bilmirəmsə, o zaman istefaya getmək şərəfinə layiq görülməliyəm. Bu vaxt gəldi", - deyə o məktubunda bildirib.

Dövlət Departamentində isə bildiriblər ki, səfirin qərarı barədə Ağ Ev, Dövlət Departamenti və Panama hökuməti məlumatlandırıb və o, martın 9-dan şəxsi məsələlərə görə vəzifəsini tərk edəcək.