Cəbhə bölgəsində yeni şəhərcik salınıb Yaxın günlərdə köçürülümə başlanılacaq VİDEO


Digərləri 12 Yan 2018 21:30:00 240 0

Cəbhə bölgəsində yeni şəhərcik salınıb  Yaxın günlərdə köçürülümə başlanılacaq  VİDEO

Cəbhə bölgəsində ordumuzun nəzarətində olan ərazilər abadlaşdırılır, insanların yaşaması üçün yenidən imkanlar yaradılır.

Son.az bildirir ki,müasir yaşayış binaları, parklar, yeni yollar, məktəb, uşaq bağçası və digər sosial infrastrukturlar salınır.

Söhbət cəbhə bölgəsində Ağdərənin Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdən gedir.

Şıxarx qəsəbəsinə hələ bir əsr əvvəl 200 erməni ailəsi köçürülüb. Bundan sonra qəsəbə Marquşevan, Marağa və Marağaşen kimi adlandırılıb.

1988-ci ildə Ermənistan-Azərbaycan konflikti başladıqdan sonra bu qəsəbənin tarixi az qala yaddaşlardan silinirib. Ağdərə rayonunda gedən döyüşlərdə bir çox qəsəbə və kənd kimi Şıxarx da dağıntılara məruz qalıb. Hazırda Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.