Aktyor yolda namaz kitabı satarkən görüntüləndi


Dünya 12 Yan 2018 20:45:00 277 0

Aktyor yolda namaz kitabı satarkən görüntüləndi

Yonca Evcimik illərlə "Çılgın Bediş" serialında birlikdə rol aldığı Abdülhamit Danışırı tanımayıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, məşhur müğənninin ona ünvanlanan "Abdülhamit Danışır pis vəziyyətdədir, kömək edə bilərsiniz?" sualına "O kimdir axı?" reaksiyası hər kəsi təəccübləndirib.

Jurnalistlər müğənniyə ""Çılgın Bediş"də qapıçı "Abdül" obrazını canlandırmışdı " deyincə Yonca Evcimik: "Heç xatırlamıram" sözləri ilə yola verib.

Qeyd edək ki, Abdülhamit Danışır bu yaxınlarda İstanbul yollarında Namaz kitabı satarkən görüntülənib. Aktyor bu addımını "İllərdir heç bir filmdə çəkilmək təklifi edilmədi. Mən də çörəyimi belə qazanıram" sözləri ilə izah edib.


Xəbərə aid fotolar