FHN: İtkin düşmüş alpinistlərin axtarışları 2700-3000 m yüksəklikdə aparılır


Digərləri 12 Yan 2018 20:38:00 226 0

FHN: İtkin düşmüş alpinistlərin axtarışları 2700-3000 m yüksəklikdə aparılır

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib.

Bakı. Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinaədn xəbər verir ki, əməliyyatda FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak edib. Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.