Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiq edilib


Siyasət 12 Yan 2018 20:09:00 361 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiq edilib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiq edilib.

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı (şöbələr və sektorlar).

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti.

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi.

4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti.

6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.