Milli Oftalmologiya Mərkəzi AMEA-da aksiya keçirib


Digərləri 12 Yan 2018 20:18:18 228 0

Milli Oftalmologiya Mərkəzi AMEA-da aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Azərbaycan Milli Elmlər Akademiyasında aksiya keçirib.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aksiya keçirib. Mərkəzdən Trend-ə verilən məlumata görə, dövlət başçısının səhiyyə sahəsində reallaşdırdığı layihələrin tərkib hissəsi olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi müxtəlif humanitar aksiyalar həyata keçirir. Mərkəz mütamadi olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında aksiya dünən və bu gün keçirilib. Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.