"Borussia"nın sabiq futbolçusu Argentina klubunda


İdman 12 Yan 2018 20:06:00 257 0

"Borussia"nın sabiq futbolçusu Argentina klubunda

"Gremio"nun hücumçusu Lukas Barrios karyerasını Argentinada davam etdirəcək. Goal.az xəbər verir ki, 33 yaşlı forvard "Argentios Juniors"la 2 illik müqavilə imzalayıb. Futbolçu transfer hüquqlarının 50%-nə özü sahibdir. 15 yanvarda tibbi müayinədən keçəcək Barrios məşqlərə başlayacaq. Barrios "Borussia Dortmund", "Montpellier", "Spartak", "Guangzhou Evergrande"nin də şərəfini qoruyub.