Səfir: Azərbaycanda 20dən İsveçrə şirkəti fəaliyyət göstərir


Digərləri 12 Yan 2018 20:00:00 269 0

Səfir: Azərbaycanda 20dən İsveçrə şirkəti fəaliyyət göstərir

Azərbaycanda İsveçrə şirkətlərinin sayı 20-dən çoxdur və onlar burada aktiv fəaliyyət göstərirlər.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder deyib.

Səfirin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ildə təxminən 200 milyon dollar olub: "Bu göstərici əvvəlki illərə nisbətən azalıb, lakin ikitərəfli əməkdaşlığın səviyyəsi ticarət dövriyyəsinin gələcəkdə artmasına imkan verəcək".