Vergilər Nazirliyi ötən il büdcə öhdəliyini yerinə yetirə bilməyib


İqtisadiyyat 12 Yan 2018 19:44:16 120 0

Vergilər Nazirliyi ötən il büdcə öhdəliyini yerinə yetirə bilməyib

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı büdcənin icrasına dair operativ məlumatda bildirilir

2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin mədaxili 16 446,9 mln. manat (o cümlədən oktyabr-dekabr aylarında 4 401,8 mln. manat), məxarici isə 17 588,3 mln. manat (o cümlədən oktyabr-dekabr aylarında 4 804,6 mln. manat) olub.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı büdcənin icrasına dair operativ məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, büdcənin mədaxili 16 766 mln. manatlıq proqnoza qarşı 98,1% icra olunub.

Ötən il Vergilər Nazirliyinin xətti ilə daxilomalar 6 972 mln. manat və yaxud proqnozun 91,2%-i qədər olub. Həmin vəsaitin 74,5%-i və yaxud 5 192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Dövlət Gömrük Komitəsinin xətti ilə isə dövlət büdcəsinə 2 608,8 mln. manat vəsait daxil olub və proqnoz 115,9% icra olunub.

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və yaxud 6 100 mln. manat vəsait transfert edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 366,1 mln. manat, Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına daxilolmalar 250 mln. manat, sair daxilolmalar isə 150 mln. manat təşkil edib.

Büdcənin məxarici isə 98% icra edilib. Ötən il xərclərin 10 921,1 mln. manatı və yaxud 62,1% cari xərclər, 5153,5 mln. manatı və yaxud 29,3%-i əsaslı xərclər, 1 513,7 mln. manatı və yaxud 8,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Büdcə xərclərinin 38%-i və yaxud 6 690,8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldil ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və yaxud 7,3% çoxdur.

Dövlət büdcəsinin kəsiri 1 141,4 mln. manat və yaxud təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olub. Kəsirin maliyyələşdirilməsinin 384,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından, 106,5 mln. manatı özəlləşdirmədən daxil olan vəsaitdən, 650,3 mln. manatı isə 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib.

2017-ci ilin icmal büdcəsinin gəlirləri 23 951,6 mln. manat, xərcləri isə 24982,6 mln. manat icra olunub. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5%-ni və yaxud 1 031,0 mln. manat təşkil edib.

Hindistan kosmosa 100cü peykini buraxdı like
  • 12 Yan 19:42  
Dünya Hindistan kosmosa 100cü peykini buraxdı

https://az.trend.az/other/world/2846605.html

arrow Ətraflı
Bakıda mənzillərin kirayə qiymətləri qalxıb like
  • 12 Yan 19:37  
Digərləri Bakıda mənzillərin kirayə qiymətləri qalxıb

2017-ci ilin dekabr ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə ar

arrow Ətraflı
Almaniyalı professor BDU-da məruzə edib (FOTO) like
  • 12 Yan 19:36  
Digərləri Almaniyalı professor BDU-da məruzə edib (FOTO)

Almaniyalı professor BDU-nun Fizika fakültəsində məruzə edib

arrow Ətraflı
Britni Spirsin yeni sevgilisi var  FOTO like
  • 12 Yan 19:36  
Digərləri Britni Spirsin yeni sevgilisi var FOTO

Məşhur amerikalı müğənni Britni Spirs Havay adalarındadır.

arrow Ətraflı
Bakıda gənc qızı qrup şəklində zorladılar like
  • 12 Yan 19:28  
Digərləri Bakıda gənc qızı qrup şəklində zorladılar

Paytaxtın Sabunçu rayonunda qrup şəklində zorlama hadisəsi baş verib.

arrow Ətraflı
Səfir: Azərbaycanda 20-dən İsveçrə şirkəti fəaliyyət göstərir like
  • 12 Yan 19:26  
Digərləri Səfir: Azərbaycanda 20-dən İsveçrə şirkəti fəaliyyət göstərir

Azərbaycanda İsveçrə şirkətlərinin sayı 20-dən çoxdur və onlar burada

arrow Ətraflı
Keçmiş arvadı İbrahimin evlilik təklifinə belə cavab verdi like
  • 12 Yan 19:24  
Dünya Keçmiş arvadı İbrahimin evlilik təklifinə belə cavab verdi

Müğənni İbrahim Tatlısesin keçmiş xanımı Ayşegül Yıldıza etdiyi evl

arrow Ətraflı
2017-ci il üzrə dövlət büdcəsi 98,1 faiz icra olunub like
  • 12 Yan 19:19  
Digərləri 2017-ci il üzrə dövlət büdcəsi 98,1 faiz icra olunub

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat, xərclər

arrow Ətraflı
Energetika naziri Səudiyyə Ərəbistanına gedir like
  • 12 Yan 19:18  
Digərləri Energetika naziri Səudiyyə Ərəbistanına gedir

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edəcək.

arrow Ətraflı
"Manchester United"in sabiq futbolçusu millinin baş məşqçisi ola bilər like
  • 12 Yan 19:17  
İdman "Manchester United"in sabiq futbolçusu millinin baş məşqçisi ola bilər

"Manchester United"in sabiq müdafiəçsi Fil Nevill qadınlardan ibar

arrow Ətraflı
"İbad Hüseynov Milli Qəhrəman kimi təqdim edilməyib" like
  • 12 Yan 18:57  
Digərləri "İbad Hüseynov Milli Qəhrəman kimi təqdim edilməyib"

İbad Hüseynovun Milli Qəhrəman kimi təqdim edilməsi mexaniki səhv olub v

arrow Ətraflı
Hindistan kosmosa 100-cü peykini buraxdı like
  • 12 Yan 18:54  
Digərləri Hindistan kosmosa 100-cü peykini buraxdı

Hindistan Andxra-Pradeş ştatında Şrixarikota adasında 31 peykli PSLV raket-

arrow Ətraflı