Bakıda mənzillərin kirayə qiymətləri qalxıb


Digərləri 12 Yan 2018 19:37:29 224 0

Bakıda mənzillərin kirayə qiymətləri qalxıb

2017-ci ilin dekabr ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə artım olub.

Bakı. Elçin Mehdiyev - 2017-ci ilin dekabr ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə artım olub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində 0.84 faiz artım olub, il ərzində isə 13.85 faiz artım qeydə alınıb.