2017-ci il üzrə dövlət büdcəsi 98,1 faiz icra olunub


Digərləri 12 Yan 2018 19:19:00 382 0

2017-ci il üzrə dövlət büdcəsi 98,1 faiz icra olunub

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat, xərcləri 17588,3 mln. manat olub.

Bakı. 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat, xərcləri 17588,3 mln. manat olub. Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16766,0 mln. manat proqnoza qarşı 16446,9 mln. manat və ya 98,1 faiz icra olunub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 6972,0 mln. manat və ya proqnoz 91,2 faiz icra olunub. Həmin vəsaitin 74,5 faizi və ya 5192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. 2017-ci il üzrə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2608,8 mln. manat vəsait daxil olub və proqnoz 115,9 faiz icra olunub. Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6100,0 mln. manat vəsait transfert edilib. 2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 mln. manat, Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 mln. manat, sair daxilolmalardan 150,0 mln. manat vəsait dövlət büdcəsinə daxil olub. 2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4401,8 mln. manat icra olunub.