Moldovada 30 gündən sonra Rusiya ilə bağlı qadağa qüvvəyə minir


Dünya 12 Yan 2018 18:36:00 247 0

Moldovada 30 gündən sonra Rusiya ilə bağlı qadağa qüvvəyə minir

Moldovada Rusiyadan xəbər, siyasi və hərbi verilişlərin yayımına qadağanı nəzərdə tutan qanun 30 gündən sonra qüvvəyə minəcək.

Son.az Trend-ə istinadən bildirir ki, qadağa hər şeydən əvvəl Moldova televiziya kanalları tərəfindən təkrar yayımlanan Rusiya telekanallarının proqramlarına şamil olunacaq.

Qanun pozuntusuna yol verənləri 4 min dollar, təkrar törədildikdə isə 5 min dollar cərimə gözləyir.