İpoteka kreditləri üzrə zəmanət mexanizminin bu ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur


Digərləri 12 Yan 2018 18:27:00 240 0

İpoteka kreditləri üzrə zəmanət mexanizminin bu ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur

Zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.

Bakı. Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb. İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, ipoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur. Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq. lki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib. 2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12702 sayda müraciət daxil olub, 203,1 mln.manat məbləğində isə 3109 ipoteka krediti verilib. 2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 mln.manat) "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən maliyyələşdirilib.