Azərbaycan - Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq


Digərləri 12 Yan 2018 18:29:56 269 0

Azərbaycan - Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Bakı. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib. Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.