Bakıda oğurluqda təqsirləndirilən FHN əməkdaşının məhkəməsi başlayıb


Sosial 12 Yan 2018 17:17:37 257 0

Bakıda oğurluqda təqsirləndirilən FHN əməkdaşının məhkəməsi başlayıb

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqisrləndirilən mütəşəkkil dəstənin üzvləri - Orxan Quliyev, Təhməz Əsgərov, Nicat Əliyev, Rişan Bayramov, Cavid İsazadə və Camal Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

İttiham aktına əsasən, dəstə üzvləri 2016-cı ilin sonlarından etibarən Badamdar qəsəbəsində mənzillərə soxularaq külli miqdarda pul, qızıl-zinət əşyaları, məişət avadanlıqları aparıblar.

Dəstə üzvlərindən biri - Nicat Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. O, daxili xidmət baş leytenantı rütbəsində xidmət edib.

Qarət olunan mənzillərin əksəriyyəti Orxan Əliyevin qonşuları olub. 2016-cı ilin noyabr ayında dəstə üzvü O.Quliyevin qonşusu Vüqar Əliyevə məxsus mənzilin qıfılını sındırıblar, Bijuteriya və 20 manat xırda pullar oğurlayaraq zərərçəkmiş şəxsə 425 manat ziyan vurublar.

Eyni üsulla onlar qonşulaqda yaşayan Mehbalı Quliyevin də evindən oğurluq ediblər. Dəstə üzvləri həmçinin Badamdarda yaşayan Ayna Sadıqovanın evindən 21 min manatlıq, Azad Əliyevin mənzilindən isə 12 min manatdan çox qızıl-zinət əşyaları oğurlayılblar. Qəsəbə sakini Mərahim Əkbərovun mənzilinə soxulan şəxslər ona 18 min 520 manat ziyan vurublar.

Qızıl-zinət əşyaları “Moskva” unuvermağında satılıb, əldə olunan gəlir dəstə üzvlər arasında bölünüb.