Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb


Siyasət 12 Yan 2018 16:55:35 87 0

Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

"İndiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. 

"Report"un məlumatına görə, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bəyanatda deyilir: 

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı, insanlıq əleyhinə qatı cinayət törədilib.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilib. Hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Hücum zamanı qadağan edilən silah və sursatdan istifadə olunub, ölçüyəgəlməz dağıntılar törədilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə Respublika televiziyasının enerji bloku partladılıb.

O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ulu öndər Heydər Əliyev sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

Bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnib. Prezident Heydər Əliyevin tövsiyəsi ilə Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilib, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Hər il olduğu kimi, bu il də həmin qanlı hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmiş və icra olunur.

Dinc əhalinin qırılmasına səbəb olan bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə Sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, respublikamızın torpaqlarının 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnmiş və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan edib.

Yuxarıda qeyd olunan faktlar göstərir ki, 28 il əvvəl törədilmiş 20 yanvar hadisələri beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə bu qanlı aksiyaya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymət verilməli və cinayətkarlar layiqincə cəzalandırılmalıdır".

Bu gün 4 ev yanıb like
  • 12 Yan 16:53  
Digərləri Bu gün 4 ev yanıb

Bu gün paytaxt və rayonlarda 4 ev yaşayış evi yanıb.

arrow Ətraflı
Yunker: Türkiyə jurnalistləri azad etməyənədək Aİ-yə yaxınlaşmayacaq like
  • 12 Yan 16:53  
Digərləri Yunker: Türkiyə jurnalistləri azad etməyənədək Aİ-yə yaxınlaşmayacaq

Türkiyə həbsdə olan jurnalistləri azad etməyənədək Avropa İttifaqı il

arrow Ətraflı
Nazirlik saxta səhifə yaradılması ilə bağlı araşdırmaya başladı like
  • 12 Yan 16:52  
Digərləri Nazirlik saxta səhifə yaradılması ilə bağlı araşdırmaya başladı

Hazırda Səhiyyə Nazirliyi (SN) tərəfindən bu qurumun saxta səhifəsinin y

arrow Ətraflı
İspaniya Kral Kubokunda 1/4 finalın püşkü atıldı like
  • 12 Yan 16:50  
İdman İspaniya Kral Kubokunda 1/4 finalın püşkü atıldı

Futbol üzrə İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin p&u

arrow Ətraflı
Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib like
  • 12 Yan 16:50  
Digərləri Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) 20 Yanvar faci

arrow Ətraflı
Builki 9cu siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir? like
  • 12 Yan 16:50  
Digərləri Builki 9cu siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir?

2017/2018-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanl

arrow Ətraflı
Bakıda iki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi like
  • 12 Yan 16:49  
Digərləri Bakıda iki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi

Bu gündən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimiz

arrow Ətraflı
""Çudo Peçka"nın işçilərinin adına kredit götürdük..." like
  • 12 Yan 16:48  
Digərləri ""Çudo Peçka"nın işçilərinin adına kredit götürdük..."

Xəbər verdiyimiz kimi, "Çudo Peçka"nın həbsdə olan sahibi və h

arrow Ətraflı
Azərbaycana göndərilən bağlamalar gömrükdən buraxılmır like
  • 12 Yan 16:47  
İqtisadiyyat Azərbaycana göndərilən bağlamalar gömrükdən buraxılmır

DGK tərəfindən yüklərin hansı səbəbdən buraxmaması izah olunmur

arrow Ətraflı
Builki 9-cu siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir? - RƏSMİ CAVAB like
  • 12 Yan 16:47  
Digərləri Builki 9-cu siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir? - RƏSMİ CAVAB

2017/2018-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanl

arrow Ətraflı
"Bu gün olsa, yenə verərəm"  Peşman deyil  VİDEO  FOTO like
  • 12 Yan 16:44  
Dünya "Bu gün olsa, yenə verərəm" Peşman deyil VİDEO FOTO

15 il öncə Cem Yılmazla verdiyi açıq-saçıq poza haqqında danışan Deni

arrow Ətraflı
Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI like
  • 12 Yan 16:40  
Digərləri Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI

Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırıla

arrow Ətraflı
Bakının bu hissəsinə yeni magistral su xətti çəkilir like
  • 12 Yan 16:37  
Digərləri Bakının bu hissəsinə yeni magistral su xətti çəkilir

Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su

arrow Ətraflı
Azərbaycanda unikal qaçaqmalçılıq  FOTO like
  • 12 Yan 16:36  
Digərləri Azərbaycanda unikal qaçaqmalçılıq FOTO

Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəh

arrow Ətraflı