Bakıda iki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi


Digərləri 12 Yan 2018 16:49:00 305 0

Bakıda iki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi

Bu gündən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə "BakuBus" MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi "Məktəb" küçəsindən deyil, E.Qasımov küçəsindən "Səməd Vurğun" bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

Belə ki, "Məktəb" küçəsi istiqamətində avtomobil yolu "BakuBus" MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir.


Xəbərə aid foto