Bu gün 4 ev yanıb


Digərləri 12 Yan 2018 16:53:00 211 0

Bu gün 4 ev yanıb

Bu gün paytaxt və rayonlarda 4 ev yaşayış evi yanıb.

Bakı. Bu gün paytaxt və rayonlarda 4 ev yaşayış evi yanıb. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonunda ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 7 otaq və aynabənddən ibarət evin qamışdan ibarət dam örtüyü 200 kv.m sahədə və 2 otağın tavanı 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yevlax rayonunda da ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv.m sahədə və dam örtüyü 50 kv.m sahədə yanıb.