İspaniya Kral Kubokunda 1/4 finalın püşkü atıldı


İdman 12 Yan 2018 16:50:00 388 0

İspaniya Kral Kubokunda 1/4 finalın püşkü atıldı

Futbol üzrə İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

Goal.az xəbər verir ki, “Real Madrid” və “Barcelona” nisbətən zəif komandalarla qarşılaşacaqlar. Bu kollektivlər müvafiq olaraq, “Leganes” və “Espanyol” ilə üz-üzə gələcəklər. Püşkə əsasən, “Atletico” “Sevilla”ya, “Valencia” isə “Alaves”ə rəqib olub.

Qeyd edək ki, ilk matçlar yanvarın 17-də, cavab oyunları isə ayın 24-də baş tutacaq. “Real Madrid”, “Barcelona”, “Sevilla” və “Alaves” ilk matçlarını səfərdə keçirəcəklər.