Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI


Digərləri 12 Yan 2018 16:40:19 293 0

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI

Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu il ərzində ümumilikdə 137 modul tipli məktəb qurulacaq. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarında quraşdırılacaq. Bu il, eyni zamanda, bəzi məcburi köçkün məktəblərinin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur.