Bakının bu hissəsinə yeni magistral su xətti çəkilir


Digərləri 12 Yan 2018 16:37:00 288 0

Bakının bu hissəsinə yeni magistral su xətti çəkilir

Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri aparılır.

Bakı. Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri aparılır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, magistral su kəmərinin tikintisi həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir. Qeyd edək ki, M.Davudoğlu küçəsində yaşayan sakinlərin su təchizatı 1970-ci illərdə çəkilmiş polad borularla təmin olunurdu. Uzun müddət istifadədə olmuş xətt istismar tələblərinə cavab vermədiyindən tez-tez qəza halları yaranırdı.