Rusiya aviaşirkəti Bakıya yeni reys açır


Digərləri 12 Yan 2018 16:24:00 296 0

Rusiya aviaşirkəti Bakıya yeni reys açır

Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək.

Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq.