İrəvana uçan təyyarələr eniş edə bilmir


Dünya 12 Yan 2018 16:28:00 291 0

İrəvana uçan təyyarələr eniş edə bilmir

Ermənistanda dumanlı hava şəraitinə görə, Zvartnots beynəlxalq hava limanı reysləri qəbul edə bilmir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mülki Aviasiya Baş idarəsindən bildirilib ki, təyyarələr Ermənistana gecikmələrlə çatacaqlar, İrəvandan uçuşlar da təyin olunduğu vaxtdan gec baş tutacaq. 

Qeyd edilir ki, hazırda Subay-İrəvan, Moskva-İrəvan, Tbilisi-İrəvan, Voronej-İrəvan reysləri təxirə salınıb.