“Azəriqaz” Müdafiə Nazirliyinin borclanması ilə bağlı münasibət bildirib


İqtisadiyyat 12 Yan 2018 16:13:32 72 0

“Azəriqaz” Müdafiə Nazirliyinin borclanması ilə bağlı münasibət bildirib

İddialar beynəlxalq audit qurumların və qanunvericiliyin tələlblərindən irəli gələn standart prosedurdur

Son günlərdə Müdafiə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasında istifadə olunmuş təbii qaza görə yaranmış borcla bağlı iddia gündəmə gəlib.

Məsələ ilə bağlı “Azəriqaz”dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “Azəriqaz” öz fəaliyyətini maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq aparır və bu maliyyə hesabatları hər il nüfuzlu beynəlxalq audit təşkilatları tərəfindən yoxlanılır.

Qeyd edilib ki, beynəlxalq tələblər baxımından, müqavilə üzrə yaranmış borc münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənməli və maliyyə hesabatlarında öz əksini tapmalıdır. “Beləliklə, borclanma ilə bağlı iddiaların qaldırılması beynəlxalq qurumların və qanunvericiliyin tələblərindən irəli gələn məsələdir:

“Azəriqaz” və digər qurumlar, o cümlədən dövlət qurumları mülki münasibətlərin iştirakçısı kimi çıxış edərək sərf etdiyi təbii qaza görə müəyyən olunmuş məbləği ödəyirlər. Bu zaman bəzən təbii qazdan istifadə edən qurum tərəfindən müəyyən vəsaitin ödənilməsində gecikmələr yarandığına görə borclanma yaranır. Belə halda “Azəriqaz” tərəfindən normal prosedur qaydalara və qanunvericiliyin tələblərinə (iddia müddəti və s.) uyğun olaraq müvafiq yazışmalar aparılır və bəzən məhkəmədə iddia qaldırılır”.

Bildirilib ki, Müdafiə Nazirliyi ilə bağlı qaldırılan iddialar da digər qurumlarla bağlı qaldırılan iddialar kimi qanunun tələblərindən, eləcə də beynəlxalq standartların tələblərindən irəli gələn normal bir prosedurdur və burada hər hansı qeyri-adi yanaşmadan söhbət gedə bilməz. “Təcrübədə əvvəllər də köçürmələrin gecikməsi ilə bağlı müxtəlif qurumlara qarşı iddialar qaldırılıb, yaranmış borcla bağlı ya məhkəmə qərarı, ya da tərəflər arasında razılıq yolu ilə həll olunub. Düşünürük ki, gələcəkdə də bu səpkili məsələlər, problemsiz olaraq, öz həllini tapacaq. “Azəriqaz” İB də bütün qurumlara, o cümlədən Müdafiə Nazirliyinə, hazırda olduğu kimi, gələcəkdə də böyük məmnuniyyətlə xidmət göstərəcək”,-açıqlamada vurğulanıb.

Ətraf mühiti çirkləndirənlər 120 min manata qədər cərimələnib like
  • 12 Yan 16:05  
Digərləri Ətraf mühiti çirkləndirənlər 120 min manata qədər cərimələnib

Ötən il ətraf mühiti çirkləndirən 52 fiziki, hüquqi və vəzifəli şəx

arrow Ətraflı
Elnarə "Xeyirli axşamlar"dan getdi like
  • 12 Yan 16:04  
Şou-biznes Elnarə "Xeyirli axşamlar"dan getdi

Müğənni Elnarə Xəlilova "Lider" telekanalındakı "Xeyirli a

arrow Ətraflı
Britaniyalı ailə "Chelsea"ni məhkəməyə verdi like
  • 12 Yan 16:03  
İdman Britaniyalı ailə "Chelsea"ni məhkəməyə verdi

İngiltərənin “Chelsea” klubu britaniyalı ailə tərəfin

arrow Ətraflı
Yeni orfoqrafiyada nazirlərin vəzifələrinin yazılış forması müəyyənləşib like
  • 12 Yan 15:52  
Sosial Yeni orfoqrafiyada nazirlərin vəzifələrinin yazılış forması müəyyənləşib

Mürəkkəb adlarda sahə bildirən sözün böyük, vəzifə bildirən sözün

arrow Ətraflı
Rusiya aviaşirkəti Bakıya yeni reys açır like
  • 12 Yan 15:50  
Digərləri Rusiya aviaşirkəti Bakıya yeni reys açır

Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsil

arrow Ətraflı
İmtahanların nəticələri açıqlandı like
  • 12 Yan 15:45  
Digərləri İmtahanların nəticələri açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri üzrə keçirilən ekst

arrow Ətraflı
ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadılıb like
  • 12 Yan 15:43  
Digərləri ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadılıb

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəs

arrow Ətraflı
Keçmiş məhkum 1,5 kq narkotiklə ələ keçdi like
  • 12 Yan 15:41  
Digərləri Keçmiş məhkum 1,5 kq narkotiklə ələ keçdi

Keçmiş məhkumdan 1,5 kq narkotik götürülüb.

arrow Ətraflı
Rusiya DİN Azərbaycanı istirahət üçün təhlükəsiz ölkə hesab edir like
  • 12 Yan 15:34  
Siyasət Rusiya DİN Azərbaycanı istirahət üçün təhlükəsiz ölkə hesab edir

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrin müvafiq siya

arrow Ətraflı
Bakıda yolkaların sökülməsinə başlanıldı like
  • 12 Yan 15:31  
Digərləri Bakıda yolkaların sökülməsinə başlanıldı

Bakıda Yeni illə bağlı quraşdırılan əsas yolkanın sökülməsinə başl

arrow Ətraflı