ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadıldı


Siyasət 12 Yan 2018 16:15:00 289 0

ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadıldı

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxlerin mandatı uzadılıb.

Mİlli.Az xəbər verir ki, bu barədə məlumatı Trend-ə ATƏT-in İtaliya sədrliyindən veriblər.

Sədrlikdən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də daha bir səlahiyyəti uzadılıb. Kaspşik mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ATƏT-in fəaliyyətdə olan sədrini təmsil edəcək.

İtaliya ATƏT sədrliyini yanvar ayının 1-də Avstriyadan alıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində