Büdcədən maliyyələşən təşkilatlar 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilib


Digərləri 12 Yan 2018 16:12:00 226 0

Büdcədən maliyyələşən təşkilatlar 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilib

Büdcədən maliyyələşən təşkilatlar 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilib

Bakı. Ənvər Məmmədov - Ötən il büdcədən maliyyələşən təşkilatlar 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilib. Bu barədə Trend-ə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətindən bildirilib. Qeyd olunub ki, 1 yanvar 2017-ci il tarixdən fəaliyyətə başlamış Səhmdar Cəmiyyətin zəruri infrastrukturu qurulub, Bakı şəhərində əsas logistika mərkəzi olmaqla 12 regional bölmə, 38 rayonda dayaq məntəqələri yaradılıb və regional bölmələr üçün inzibati bina, eləcə də anbarlar icarəyə götürülüb, lazımi avadanlıqlarla təchiz edilib. Hazırda Səhmdar Cəmiyyətin istifadəsində ümumi tutumu 19 min kv.m-dən çox anbar təsərrüfatı mövcuddur. Əlavə olaraq, gündəlik mal dövriyyəsini həyata keçirmək məqsədilə ümumilikdə 16 yük avtomobili icarəyə götürülüb, Bakı şəhərində pərakəndə satış həyata keçirmək məqsədilə 15 əlavə yük maşını avtomobil parkına daxil edilib. Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən 863 satınalan təşkilatla 1925 təchizat nöqtəsinə məhsul təchizatı ilə bağlı müqavilələr bağlanılıb.