Rusiya aviaşirkəti Bakıya yeni reys açır


Digərləri 12 Yan 2018 15:50:33 254 0

Rusiya aviaşirkəti Bakıya yeni reys açır

Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək.

Bakı. Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək. Trend-in məlumatına görə, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək. Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq. Yeni istiqamət üzrə reyslər "Boeing 737-800" təyyarələri ilə yerinə yetiriləcək.