İmtahanların nəticələri açıqlandı


Digərləri 12 Yan 2018 15:45:00 253 0

İmtahanların nəticələri açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlayıb.

Son.az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirə bilməyən şəxslər üçün eksternat imtahanında 99 nəfər iştirak edib. Onlardan 68 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Eksternlər hərəsində 10 sual olmaqla, 2 gün ərzində 12 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi, Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahibdirlər.