ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadılıb


Digərləri 12 Yan 2018 15:43:00 215 0

ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadılıb

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxlerin mandatı uzadılıb.

Bakı. Nigar Quliyeva - ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxlerin mandatı uzadılıb. Bu barədə məlumatı Trend-ə ATƏT-in İtaliya sədrliyindən veriblər. Sədrlikdən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də daha bir səlahiyyəti uzadılıb. Kaspşik mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ATƏT-in fəaliyyətdə olan sədrini təmsil edəcək. İtaliya ATƏT sədrliyini yanvar ayının 1-də Avstriyadan alıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin