Rusiya DİN Azərbaycanı istirahət üçün təhlükəsiz ölkə hesab edir


Siyasət 12 Yan 2018 15:34:00 301 0

Rusiya DİN Azərbaycanı istirahət üçün təhlükəsiz ölkə hesab edir

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrin müvafiq siyahısını təsdiq edib

Rusiyanın Daxili İşlər Nazirliyi Azərbaycanı qurum əməkdaşlarının, o cümlədən mülki xidmət edənlərin səfər etməsi üçün təhlükəsiz hesab etdiyi xarici ölkələr siyahısına daxil edib.

Bu barədə "Report" Rusiya Turoperatorlar Assosiasiyasına istinadən xəbər verir.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev hərbi-siyasi, kriminogen, sanitar-epidemioloji və təbii-iqlim şəraitinə əsaslanaraq 2018-ci il üzrə əməkdaşlarının təhlükəsiz səfər edə biləcəyi ölkələrin müvafiq siyahısını təsdiq edib.

Siyahıya Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Çin, Orta Asiya ölkələri və başqaları da daxil edilib.

Assosiasiya Azərbaycanı dəniz sahilinə malik olmasına baxmayaraq, əsasən, ekskursiya təyinatlı olduğunu qeyd edib.