Qar, buz içində ölüm riskli yol


Digərləri 12 Yan 2018 15:27:00 320 0

Qar, buz içində ölüm riskli yol

Fransanın cənub-şərqindəki Briankon şəhərindəki "Tous Migrants" sığınacaq mərkəzində yüzlərlə miqrant var. Asiya və Afrika ölkələrindən olan bu şəxslər İtaliya-Fransa sərhədini keçiblər.

Onlar sərhədri Alp dağlarının aşırımlarından ötərək, dizədək qarda "yarıblar".

Həyatları ilə hər an risk edərək, soyuqdan donub ölmək təhlükəsi ilə.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İtaliyadakı miqrantlar Fransaya artıq yeni marşrutla keçməyə çalışırlar. Həmin marşrut İtaliyanın Turin şəhərinin şimalından, Bardonekkiya bölgəsindən keçir.

Şaxtada, sazaqda dizədək qarı yaran, buzlu dağ çaylarını keçən miqrantlar Fransanın Ventimilya bölgəsinə çatmağa çalışırlar.

Fransa və İtaliya polisləri miqrantları dağ aşırımlarında saxlamağa çalışırlar. Çünki onlar bu marşrutla hərəkət etdikcə həyatları üçün çox təhlükəli risklərin sayını artırırlar.