"TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək"


Digərləri 12 Yan 2018 15:18:00 311 0

"TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək"

"Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati İtaliyada energetika konfransında deyib.

O qeyd edib ki, TAP İtaliyanı yeni qaz mənbələri ilə təmin edəcək.

Direktor bildirib ki, İtaliyanın 35 milyard kubmetr qaz tədarükü haqqında müqavilələrinin müddətinin 2020-ci ildə başa çatacağı nəzərə alınsa, Azərbaycan qazının ölkəyə nəqli onun enerji təhlükəsizliyini gücləndirəcək.

L.Skyeppati TAP layihəsinin İtaliya, Yunanıstan və Albaniyada icrasından da danışıb: "TAP-ın Yunanıstan və Albaniyada inşası üçün lazım olan 473 və 162 km uzunluğunda borular müvafiq olaraq artıq çəkilib. 457 və 156 km-lik hissələrdə isə qaynaq işləri başa çatıb".