Bakıda yolkaların sökülməsinə başlanılıb


Digərləri 12 Yan 2018 15:17:32 250 0

Bakıda yolkaların sökülməsinə başlanılıb

Bakıda Yeni illə bağlı quraşdırılan Baş yolkanın sökülməsinə başlayıb

Bakı. Samir Əli - Bakıda Yeni illə bağlı quraşdırılan əsas yolkanın sökülməsinə başlanılıb. Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsindən məlumat veriblər. Məlumatda bildirilir ki, yanvarın 11-dən yolkanın sökülməsinə başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir: "Yolkanın fəaliyyəti yanvarın 13-ə qədər nəzərdə tutulmuşdu. Artıq dünəndən sökülməyə başlanılıb. Bulvardakı digər kiçik yolka da bu gün söküləcək".