Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ


Digərləri 12 Yan 2018 15:00:00 250 0

Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ

Vəkilliyə namizədlər üçün test imtahanı keçiriləcək.

Vəkillər Kollegiyasından Son.az-a bildirilib ki, məlum olduğu kimi, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub.

Qeyd olunan tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunmuş və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqim edilmişdir. Bu ilin yanvar ayının 11-də yekunlaşan sənəd qəbulu nəticəsində qəbul üçün sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub.