Marsda buz tapıldı VİDEO FOTO


Digərləri 12 Yan 2018 14:10:00 300 0

Marsda buz tapıldı  VİDEO  FOTO

Astronomlar Mars planetində indiyədək naməlum olan 8 buzlaq aşkarlayıblar. Tapılan buzlaqlarçoxsaylı laylardan ibarətdir. Onların tədqiqatı Marsın iqlim tarixi barədə daha müfəssəl məlumatlar əldə etməyə imkan verəcək.

Son.az Science-a istinadən bildirir ki, ABŞ-ın Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin alimləri "NASA Mars Reconnaissance Orbiter" planetlərarası stansiyadakı HiRISE kamerası ilə çəkilmiş fotoları təhlil ediblər.

Bu zaman onlar eroziya nəticəsində buzlaqların göründüyü 8 sahə aşkarlayıblar.

Bəzi buzlaqların qalınlığı 100 metrdən artıqdır.

Həmin sahələr 55 dərəcəyədək maililiyi olan, orta enliklərdə yerləşən yamaclardır. Kraterlərin olmaması buzlaqların bu yaxınlarda yarandığını göstərir.

Buzlaqlar 2 metr qalınlığında toz təbəqəsi ilə örtülüb.


Xəbərə aid fotolar