Rusiya TVdə Azərbaycan məhsullarının reklamına 50 milyondan çox baxılıb


Digərləri 12 Yan 2018 13:43:00 274 0

Rusiya TVdə Azərbaycan məhsullarının reklamına 50 milyondan çox baxılıb

Rusiya televiziyasında Azərbaycan məhsullarının reklamı 50 milyondan çox baxış sayı yığıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İxracatçılar Klubunun "Made in Azerbaijan" brendinin loqosunun təqdimatına həsr olunmuş iclasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan məhsullarının 2017-ci ilin oktyabr ayından başlayaraq Rusiyanın "Rossiya 24" telekanalında reklamına başlanılıb: "İki ay ərzində reklamlara 50 milyon dəfədən çox baxılıb".