Pensiyalar niyə gecikir?


Digərləri 12 Yan 2018 13:36:00 272 0

Pensiyalar niyə gecikir?

Pensiyaların maliyyələşdirilməsindəki gecikmə təqaüdçülərin "pulumuz, bəlkə, bu gün hesablara köçürüldü" ümidi ilə bankomatların qarşısına toplaşmasına səbəb olub. 

Mİlli.Az xəbər verir ki, oxu.az-ın Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən aldığı məlumata görə, pensiyaların nə zaman hesablara köçürüləcəyi dəqiq bəlli deyil.

Gecikmə yeni təqvim ilinin ilk ayı, həmçinin bayramla əlaqədar ayın ilk günlərinin qeyri-iş günləri olması ilə əsaslandırılır. Bildirilir ki, pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar tələb edir. 

Qeyd edək ki, ötən ilin son ayında pensiyaların maliyyələşdıriməsi dekabrın 13-nə təsadüf etmişdi. Hansı ki, əvvəlki aylarda təqaüdçülər vəsaitlərini hər ayın 11-i alırdılar.