Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada nümayiş olunur


Digərləri 12 Yan 2018 13:34:00 236 0

Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada nümayiş olunur

Azərbaycan Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada keçirilən sərgidə nümayiş etdirilir.

Bakı. Azərbaycan Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada keçirilən sərgidə nümayiş etdirilir. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilir ki, Almaniyanın Frankfurt şəhərindəki İkonalar Muzeyində “Hessen şahzadələri Rusiya tarixində” adlı sərgi açılıb. Rusiya və Almaniyanın birgə layihəsi olan sərgi “Elizabet-Segiyevski Maarifləndirmə Fondu” və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, “ROSİZO” Dövlət Muzey-Sərgi Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Sərginin açılışında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov tədbiri mədəniyyətlərarası dialoqun inkişafı üçün mühüm addım kimi dəyərləndirib.