Bakıdakı 3 min avtobus sürücüsündən 461i keçmiş məhkumdur


Digərləri 12 Yan 2018 13:29:00 247 0

Bakıdakı 3 min avtobus sürücüsündən 461i keçmiş məhkumdur

Keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub.

Son.az report-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyindən BNA-ya cavab gəlib: "Agentliyə daxil olan məlumatda 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşadığı qeyd olunub. Bu məsələ əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq".