Külli miqdarda nərə balığının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı VİDEO FOTO


Digərləri 12 Yan 2018 13:11:00 343 0

Külli miqdarda nərə balığının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı  VİDEO  FOTO

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Son.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə "Merkuri-1" gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı "Kamaz" markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1ədəd üzərində "Yamaha Enduro 15" yazısı olan kater mühərriki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar