Bakıda yıxılaraq öldüyü deyilən şəxs öldürülübmüş


Kriminal 12 Yan 2018 13:02:00 282 0

Bakıda yıxılaraq öldüyü deyilən şəxs öldürülübmüş

Bakıda sərxoş halda yıxılaraq öldüyü bildirilən şəxsin qətlə yetirildiyi məlum olub.

Bu barədə Son.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 9-da Qaradağ rayonunun Ələt qəsəbəsindəki parkların birində qəsəbə sakini, tüfeyli həyat tərzi keçirən Saleh İsayev sərxoş halda yıxılaraq kəllə beyin xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə məlumat verilib.

Araşdırmalar zamanı S.İsayevin baş nahiyyəsinə yumruqla vurulması nəticəsində yıxılaraq xəsarət alması müəyyən edilib.