Təcavüzə uğrayıb öldürülən Zeynəbə görə aparıcı efirə azyaşlı qızı ilə çıxdı VİDEO FOTO


Dünya 12 Yan 2018 12:51:03 322 0

Təcavüzə uğrayıb öldürülən Zeynəbə görə aparıcı efirə azyaşlı qızı ilə çıxdı  VİDEO  FOTO

"Bu insanlığa qarşı törədilmiş cinayətdir, insanlıq ölüb"

Pakistanda yanvar ayının 5-də itkin düşən məktəbli qızın təcavüzə uğradıqdan sonra boğularaq öldürüldüyü barədə məlumat vermişdik.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 6 yaşlı Zeynəbə təcavüz edib, öldürən şəxs hələ də azadlıqdadır.

Pakistanda qızın təcavüzə uğradığı xəbərini eşidən sakinlər etiraz aksiyası keçirib. Yüzlərlə etirazçı günahkarların tutulmasını tələb edir.

Sosial şəbəkərlərdə Zeynəblə bağlı posterlər yayılıb, günahkarın edam edilməsi istənilir.

Təcavüz hadisəsi Zeynəbin ailəsi Həcc ziyarətində olarkən baş verib. Təcavüzə uğradıqdan sonra öldürülən qızın cəsədi yol kənarından tapılıb. Əvvəllər qızın 8 yaşının olduğu deyilsə də, qızın ailəsi onun 6 yaşında olduğunu söyləyib.

Hadisədən sonra xəbərlər verilişinin aparıcısı Kiran Naz efirə azyaşlı qızı ilə çıxıb. O, öz qucağına aldığı qızı ilə izləyicilərin qarşısına çıxaraq təcavüzü qınayıb, qatilin tapılmasını tələb edib.


Xəbərə aid fotolar