Növbəti xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq


Digərləri 12 Yan 2018 12:55:00 190 0

Növbəti xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycan sinoptikləri növbəti dəfə xəbərdarlıq ediblər.

Bakı. Azərbaycan sinoptikləri növbəti dəfə xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.