Azərbaycanlı müğənninin rəqsi canlı yayıma damğa vurdu:


Digərləri 12 Yan 2018 12:45:00 306 0

Azərbaycanlı müğənninin rəqsi canlı yayıma damğa vurdu:

Bu gün "10-dan sonra" verlişində Yusif Ağayevin qonağı Xatun Əliyeva və Elçin Cəfərov olub.

Son.az xəbər verir ki, xanım ifaçı tamaşaçının ona ünvanladığı "2018-ci ildə kimi parodiya edəssiniz?" sualına "Mənə parodiyanı artıq qadağa qoyublar" cavabını verib.

Müğənni daha parodiya etməyəcəyi qərarını belə şərh edib:

"Mən bir müddət parodiya ilə özümü piar elədim. İnanın ki, parodiya edəndən sonra nə oxudum "tutdu". Bunu düşünmək üçün insanın ağlı, savadı olmalıdır. Yəni, əslində, bu düşünülmüş bir şeylər idi. Keçən il həm parodiya, həm aparıcılıq oldu. Bu il oxumaq istəyirəm e...".

Bu sözlərin ardınca cazibədar müğənni əyləşdiyi yerdə canlı ifa etməyə başlayıb.