Ötən il uşaqlara qoyulmuş ən populyar ADLAR


Digərləri 12 Yan 2018 12:48:00 223 0

Ötən il uşaqlara qoyulmuş ən populyar ADLAR

2017-ci il ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsus olub.

Milli.A xəbər verir ki, Ədliyyə Nazirliyindən modern.az saytına verilən məlumata görə, 2017-ci ildə yeni doğulmuş 2936 oğlan uşağına Yusif adı verilib.

Ötən il yeni doğulmuş 2775 qız uşağına isə Zəhra adı qoyulub.

2017-də daha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə , Hüseyn, Əli, Ömər, Məhəmməd gəlir.