Bakının 12 rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib (FOTO)


Digərləri 12 Yan 2018 12:30:00 292 0

Bakının 12 rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib (FOTO)

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsi başa çatıb.

Bakı. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsi başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzində paytaxtın 12 inzibati rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib. Bu barədə Trend-ə İdarədən məlumat verilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn 100-ə yaxın pedaqoji mühazirə şəhər mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilmək üçün seçilib. Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması”, “Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi”, “İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri”, “İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.