Lənkəranda mikroavtobus aşıb, 6 sərnişin xəsarət alılb


Sosial 12 Yan 2018 12:17:34 281 0

Lənkəranda mikroavtobus aşıb, 6 sərnişin xəsarət alılb

Yaralılar xəstəxanaya yerləşdirilib

 Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kəndin ərazisində sərnişin mikroavtobusu aşıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.