Prokuror Əfqan Muxtarlıya cəza istədi


Digərləri 12 Yan 2018 12:20:07 308 0

Prokuror Əfqan Muxtarlıya cəza istədi

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edərək onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun məlumatında bildirilir ki, Ə. Muxtarlı ötən il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.