Paytaxtda silahlı şəxs saxlanılıb FOTO


Digərləri 12 Yan 2018 12:22:00 256 0

Paytaxtda silahlı şəxs saxlanılıb  FOTO

Bakıda qanunsuz olaraq üzərində odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.


Xəbərə aid fotolar